Bank Of Baku

Mingəçevir sakini Qaxda Bakı sakininin maşınını qaçırıb

Mingəçevir sakini Qaxda Bakı sakininin maşınını qaçırıb
# 25 iyun 2007 08:37 (UTC +04:00)
Ötən gün axşam saatlarında Qax rayonunun Qaxbaşı kəndindən maşın qaçırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, saat 19:00 radələrində 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Azər Cavad oğlu Cavadov Bakının Binə qəsəbəsinin sakini Elbrus Şirməmməd oğlu Babayevə məxsus “Tofash” markalı 10 CF 506 dövlət nömrə nişanlı maşını qaçırıb. A. Cavadov qaçırılmış maşını həmin gün axşam saatlarında rayonun Alatəmir kəndi ərazisində yolun kənarındakı ağaca vurub. İlkin araşdırmaya görə, qəzaya səbəb A. Cavadovun maşını yüksək sürətlə idarə etməsi və sükan arxasında yuxulaması olub. Qəza nəticəsində maşın tam yararsız vəziyyətə düşüb, A. Cavadov isə ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR