Bank Of Baku

Ərini qətlə yetirən qadın həbs olunub

Ərini qətlə yetirən qadın həbs olunub
# 25 iyun 2007 12:48 (UTC +04:00)
Bakı şəhər sakini münaqişə zəminində ərini bıçaqla qətlə yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bir neçə gün əvvəl Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə Bakı şəhər sakini Rza Əliyevin özünü evində öldürməsi ilə bağlı məlumat daxil olub. İntihar faktı ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat nəticəsində R. Əliyevi ailə-məişət münaqişəsi zəminində arvadı Kifayət Abdullayevanın bıçaqla qətlə yetirdiyi müəyyənləşdirilib. Hadisə baş verən zaman R. Əliyev sərxoş olub. K. Abdullayeva həbs olunub, faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR