Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızların qətlində şübhəli bilinən Təvəkkül İsmayılovun evində axtarış aparılıb, qardaşı saxlanılaraq dindirilib

Azərbaycanın Dəvəçi rayonunda itkin düşən qızların qətlində şübhəli bilinən Təvəkkül İsmayılovun evində axtarış aparılıb, qardaşı saxlanılaraq dindirilib
# 16 avqust 2007 08:33 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, əməliyyat nəticəsində hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılmış Təvəkkül İsmayılovun evində axtarış aparılıb, onun qardaşı Elnur İsmayılov saxlanılıb.
Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov APA-nın şimal bürosuna E. İsmayılovun saxlanıldığını təsdiqləsə də, onun dindirildikdən sonra sərbəst buraxıldığını da deyib. Polis rəisi 7 yaşlı Reyhanə Məcidovanın meyitinin axtarışının bu gün də davam etdirildiyini söyləyib. N. Sadıqov hadisə ilə bağlıl şübhəli şəxs qismində saxlanılmış Təvəkkül İsmalovun Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasına köçürüldünüyü də deyib.
Qızların atası Zamir Məcidov da R. Məcidovanın meyitinin axtarışının bu gün də davam etdirildiyini təsdiqləyib. O, axtarışların hələlik nəticə vermədiyini söyləyib.
Qeyd edək ki, Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məcidovaların qətli ilə bağlı başlanmış cinayət işi hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müstəntiqi Zakir Saatovun icraatındadır. Hadisə ilə bağlı şübhəli şəxs qismində Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov saxlanılıb. O, ilikin ifadəsində qızları qətlə yetirdiyini etiraf edib.
Hadisə ilə bağlı dünən Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov və daxili işlər nazirinin müavini Oruc Zalov Dəvəçi rayonuna ezam olunublar.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. 7 yaşlı R. Məcidovunun meyitinin axtarışı isə Samur-Abşeron kanalında və Siyəzən gölündə aparılsa da, hələlik axtarışlar heç bir nəticə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR