Bank Of Baku

Dəvəçi rayon sakinləri Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı istintaq davam edir

Dəvəçi rayon sakinləri Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı istintaq davam edir
# 20 avqust 2007 14:15 (UTC +04:00)
Bu gün Dəvəçi rayon prokurorluğunun müstəntiqi Rəşad Alıkişiyev və sahə müvəkkili Eldar Ömərov avqustun 6-da qətlə yetirilən Nailə və Reyhanə Məcidova bacılarının yaşadığı evə gəlib. Bu barədə APA-ya qətlə yetirilən bacıların atası Zamir Məcidov məlumat verib. Z. Məcidov bildirib ki, onlar Nailə və Reyhanənin fotolarını götürərək gediblər. Onun sözlərinə görə, avqustun 18-də həyat yoldaşı Nəzakət Məcidova müstəntiq R. Alıkişiyevin yanına dəvət olunub. N. Məcidovaya 14 yaşlı Nailənin itmiş üzüyü göstərilib, amma haradan tapılması barədə heç nə deyilməyib. Ana üzüyün qızına məxsus olmasını təsdiqləyib.
Qeyd edək ki, bu il avqustun 6-da itkin düşmüş Nailə Məcidovanın meyiti Samur-Abşeron kanalından tapılsa da, Reyhanə Məcidovanın meyitinin axtarışları hələ də nəticə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR