Bank Of Baku

Eldar Əzizov: “Gəncə daxildən inkişaf etməyə məcburdur”

Eldar Əzizov: “Gəncə daxildən inkişaf etməyə məcburdur”
# 20 avqust 2007 15:37 (UTC +04:00)
“Bələdiyyələrin torpaq bölgüsü müəyyənləşsə də, Gəncənin torpağı yoxdur. Gəncə digər şəhər və rayonlardan fərqli olaraq, daxildən inkişaf etməyə məcburdur. APA-nın qərb bürosunun xəbərinə görə, bu sözləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2007-ci ilin birinci yarımilliyinə həsr olunmuş hesabat iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Gəncə inkişaf etdikcə, yeni ərazi problemi ortaya çıxır: “Bu məsələyə diqqətlə yanaşsaq, görərik ki, Gəncədə elə küçələr var ki, sağı Gəncə, solu isə Samux və ya Xanlar rayonlarının ərazisidir. Şəhərin inkişafı üçün onun yeni əraziləri olmalıdır. Bu günə kimi bu, bir problemdir və Gəncə şəhəri öz daxilində inkişaf edir. Şəhərin yeni əraziləri demək olar ki, yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR