Bank Of Baku

Bakının Nizami rayonunda 9 yaşlı qızı zorlayan şəxs saxlanılıb

Bakının Nizami rayonunda 9 yaşlı qızı zorlayan şəxs saxlanılıb
# 22 avqust 2007 16:19 (UTC +04:00)
Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun birgə məlumatı kimi APA-ya daxil olan xəbərdə cinayətin üstünün təxirə salınmadan açılması və onu törədən şəxsin məsuliyyətə cəlb olunması üçün polisin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, cinayəti tərədən şəxsin müəyyən edilməsi üçün təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törədən şəxs 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyev Sənan Şahin oğlu avqustun 22-də şübhəli şəxs qismində müəyyən edilərək saxlanıb. Tanınmaya təqdim edilərkən zərərçəkmiş və hadisənin şahidləri onu tanıyıblar. Müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilən Sənan Əliyev törətdiyi cinayəti tam etiraf edib. Onun ifadəsi göstərdiyi xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə yoxlanılıb və bir daha təsdiqini tapıb. Hazırda iş üzrə istintaq davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR