Bank Of Baku

Zaqatalada yük maşını körpüdən aşıb

Zaqatalada yük maşını körpüdən aşıb
# 22 avqust 2007 16:35 (UTC +04:00)
Bu gün axşam saatlarında Zaqatalada bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Zaqatalanın Danaçı kəndi ərazisində “Mercedes-Benz” markalı 90 JA 593 dövlət nömrə nişanlı yük maşını körpüdən aşıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza nəticəsində maşının sürücüsü Dəvəçi rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Məmmədəli oğlu Allahverdiyev ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti həddən artıq ağırdır. Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, yük maşını “Azər-Körpü” ASC-yə məxsusdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR