Bank Of Baku

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyitinin axtarışı davam etdirilir

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyitinin axtarışı davam etdirilir
# 23 avqust 2007 10:04 (UTC +04:00)
Bu il avqustun 6-da Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşən sakini 7 yaşlı Reyhanə Məcidovanın meyiti hələ də tapılmayıb. Dəvəçi rayonunun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, axtarış tədbirləri bu gün də davam etdiriləcək. Polis rəisinin sözlərinə görə, bu gün də Siyəzəndə yerləşən su təmizləyici göldə, Dəvəçi ərazisində axtarış tədbirləri aparılacaq.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdlə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR