Bank Of Baku

Lənkəranda güclü yanğın baş verib

Lənkəranda güclü yanğın baş verib
# 23 avqust 2007 14:58 (UTC +04:00)
Bu gecə saat 03:00 radələrində Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Boladi kənd sakini, 1964-cü il təvəllüdlü Bakir Mövsüm oğlu Ağayevə məxsus ikimərtəbəli yaşayış evi içindəki əşyalarla yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyi Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin iki maşını dərhal hadisə yerinə göndərilib. Evin sahibləri və onların 3 azyaşlı uşağı vaxtında evakuasiya olunduğundan, xoşbəxtlikdən tələfat alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb qaz balonundan qaz sızması olub. Faktla bağlı araşdırma aparılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR