Bank Of Baku

Nabranda suda boğulan qızını xilas etmək istəyən ana da onunla birlikdə Xəzərdə boğulub

Nabranda suda boğulan qızını xilas etmək istəyən ana da onunla birlikdə Xəzərdə boğulub
# 24 avqust 2007 08:32 (UTC +04:00)
Xaçmaz rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Nabranda istirahət edən 1986-cı il təvəllüdlü, Bakı şəhər sakini Ağayeva Səbinə Əlihüseyn qızı dənizdə çimərkən qəflətən batıb. Bunu görən anası, 1968-ci il təvəllüdlü Əsədullayeva Sevinc Adil qızı övladını xilas etmək istəyib. Nəticədə hər ikisi dənizdə batıb. Onların meyiti axşam saat 22.00 radələrində çıxarılıb. Onların cənazələri artıq Bakıya aparılıb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğu təhqiqat aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR