Bank Of Baku

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyitinin axtarışı bu gün də davam etdiriləcək

<b>Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakininin meyitinin axtarışı bu gün də davam etdiriləcək </b>
# 24 avqust 2007 08:58 (UTC +04:00)
Bu il avqustun 6-da Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşən sakini 7 yaşlı Reyhanə Məcidovanın meyitinin axtarışı davam edir. Dəvəçi rayonunun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, axtarış tədbirləri bu gün də davam etdiriləcək. Onun sözlərinə görə, bu gün Dəvəçi və Siyəzən rayonlarının Samur-Abşeron kanalı boyu əraziləri axtarılacaq.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdlə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR