Bank Of Baku

Şamaxıda dünən davamlı olaraq baş verən yeraltı təkanlar dayanıb

Şamaxıda dünən davamlı olaraq baş verən yeraltı təkanlar dayanıb
# 24 avqust 2007 09:49 (UTC +04:00)
Şamaxıda dünən davamlı olaraq baş verən yeraltı təkanlar dayanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Milli Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli məlumat verib. Dünən müşahidə olunan yeraltı təkanları təbii xarakterli adlandıran Qurban Yetirmişlinin sözlərinə görə, əhalinin qorxu keçirməsi üçün əsas yoxdur. O, dünən Şamaxıda çoxlu sayda xırda təkanlar qeydə alındığını deyib. Xatırladaq ki, dünən Şamaxıda ən güclü təkanlar səhər saat 06.52-də Pirqulu ərazisində qeydə alınıb. Təkanların gücü episentrdə Rixter şkalası üzrə 4-4,5 bal olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR