Bank Of Baku

Masallıda qadın ona qarşı əxlaqsız hərəkət etmək istəyən qardaşını qətlə yetirib

Masallıda qadın ona qarşı əxlaqsız hərəkət etmək istəyən qardaşını qətlə yetirib
# 24 avqust 2007 10:55 (UTC +04:00)
Masallıda dəhşətli qətl hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, şəhərin Səfəralı Məmmədov küçəsi, ev 157 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Dinar Əziz qızı Abdullayeva ailə münaqişəsi zəminində qardaşı, 1972-ci il təvəllüdlü Mirzə Əziz oğlu Abdullayevi qətlə yetirib. Qadın cinayət törətdikdən sonra könüllü şəkildə polisə təslim olub. Polis şöbəsində ilkin dindirmə zamanı məlum olub ki, Abdullayevlərin ailə münaqişəsi uzun illərdən bəri davam edib. Mərhum Mirzə Abdullayev dəfələrlə evə sərxoş vəziyyətdə gələrək, anasını və bacısını nalayiq sözlərlə təhqir edib. Son hadisə zamanı sərxoş qardaş bacısına qarşı əxlaqa zidd hərəkətlər tətbiq etməyə cəhd göstərib. Psixoloji sarsıntı keçirən D. Abdullayeva həyətdəki armatur parçası ilə qardaşının başına çoxsaylı zərbələr endirib. Huşunu itirmiş Mirzə Abdullayev Masallı mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR