Bank Of Baku

Bakının Pirallahı qəsəbəsində bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə saxlanılan var

Bakının Pirallahı qəsəbəsində bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə saxlanılan var
# 24 avqust 2007 11:30 (UTC +04:00)
Avqustun 22-də Bakının Pirallahı qəsəbəsində bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə, Quliyev Pərviz Aslan oğlu həbs edilib. Bu barədə APA-ya Əzizbəyov rayon Polis İdarəsindən məlumat verilib. P. Quliyevin barəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsi üzrə cinayət işi qaldırılıb. Polis İdarəsindən o da bildirilib ki, qəza nəticəsində ailənin xəsarət alan üzvü Günel Ələkbərova Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, koma vəziyyətindədir.
Qeyd edək ki, qəza hadisəsi Bakı şəhər sakini Pərviz Quliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşının paytaxt sakini İslam Ələkbərovun idarə etdiyi "Deu-Neksia" markalı avtomaşınla toqquşması nəticəsində baş vermişdi. Maşınlar toqquşarkən İ.Ələkbərov idaretməni itirib, avtomaşını yolun kənarında dayanmış qaldırıcı krana çırpıb, nəticədə onun özü, maşında olan həyat yoldaşı Sevil, oğlu Miribrahim və qızı Könül hadisə yerindəcə keçiniblər. İ. Ələkbərovun digər qızı Günay Ələkbərova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR