Bank Of Baku

Salyanda keçmiş kolxoz bazarında ticarətlə məşğul olan satıcılar aksiya keçirməyə hazırlaşır

Salyanda keçmiş kolxoz bazarında ticarətlə məşğul olan satıcılar aksiya keçirməyə hazırlaşır
# 24 avqust 2007 12:33 (UTC +04:00)
“Fəaliyyəti iki ay əvvəl dayandırılmış Salyanın keçmiş kolxoz bazarında ticarətin bərpası yalnız həmin ərazidə sanitar qaydalara tam riayət olunduqdan sonra mümkündür. İndiki halda bazarın fəaliyyəti bərpa oluna bilməz”. Bu açıqlamanı APA-ya Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov verib. Onun sözlərinə görə, əslində, bazar adlandırılan yer küçədir və həmin 50-60 kvadratmetrlik ərazidə ticarət sakinlərin müraciətlərindən sonra dayandırılıb. O, ərazidə normal vəziyyətin yaradılması ilə bağlı icra hakimiyyəti tərəfindən bazar rəhbərliyinə və satıcılara 4 dəfə müraciət edildiyini, lakin bu müraciətlərin nəzərə alınmadığını bildirib: “Biz ərazidə sanitar qaydalara riayət olunmayana kimi bazarın fəaliyyətini bərpa etməyəcəyik. Amma normal şərait yaransa, bu, mümkündür. Digər tərəfdən hazırda rayonun 6 yerində yeni bazar var. Orada ticarət edən adamlar həmin bazarlarda da işləyə bilərlər”. Bazarın rəhbəri Füzuli Həsənov isə APA-ya bildirib ki, rayon rəhbərliyinin tələbinə uyğun olaraq onlar ərazidə təmizlik işləri aparıblar: “Hazırda müəyyən yerlərdə təmir işləri gedir, amma icra hakimiyyəti bazarı işə salmaq üçün hələ də bizə konkret cavab vermir”. F. Həsənov bağlanmış bazarın ərazisinə polisin nəzarət etdiyini qeyd edib. Onun sözlərinə görə, orada 200-ə qədər insan ticarətlə məşğul olub və hazırda həmin şəxslər işsizdir. Bazarda ticarətlə məşğul olan Şahin Axundov isə APA-ya bildirib ki, satıcılar sabah aksiya keçirməyi nəzərdə tutublar. Onun sözlərinə görə, bazarın fəaliyyətinin bərpa olunmayacağı halda satıcılar Bakı-Astara yolunu bağlayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR