Bank Of Baku

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 avqust 2007 08:39 (UTC +04:00)
Bu gün səhər saat 10.05 radələrində Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Mərdəkan yolunun Zabrat I qəsəbəsi ərazisində VAZ-2106 və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü dünyasını dəyişib. Ölənin şəxsiyyəti hələlik müəyyənləşməyib. VAZ-2106 markalı maşının sərnişini Ruslan Rəhimov, “BMW”-nin sürücüsü Abbas Məhərrəmov və onun qardaşı Zöhrab müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR