Bank Of Baku

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini Reyhanə Məcidovanın meyitinin axtarışı davam etdirilir

Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini Reyhanə Məcidovanın meyitinin axtarışı davam etdirilir
# 27 avqust 2007 08:52 (UTC +04:00)
Avqustun 6-da Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşən sakini 7 yaşlı Reyhanə Məcidovanın meyiti hələ də tapılmayıb. Dəvəçi rayonunun polis rəisi Nizami Sadıqov APA-ya bildirib ki, axtarış tədbirləri hər gün davam etdirilir. Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubovun Samur-Abşeron kanalı boyu hər gün axtarış aparılması barədə göstərişi var: “Bu göstərişə müvafiq olaraq kanal Bakıya qədər axtarılır”.
Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR