Fəzail Ağamalı: “Hüseyn Abdullayevi vurmasaydım, gərək gedib özümü Xəzərə ataydım”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 60 yaşın müsahibəsini APA-ya verib.
- 60 yaşın ovqatı necədir?
- İçimdə qəribə təzad var, bir az sevinirəm, çünki 60 yaş insan həyatının zirvəsidir. Bu zirvədə nə qədər qalacağımı Allah bilir, çünki 60-dan sonra enmələr başlayır. Məhz bundan sonra enmələrin başlanması adamda nigarançılıq da yaradır. Bütövlükdə yaşadığım həyat mənə peşmançılıq gətirməyib. Həmişə millətə, vətənə, dövlətə namusla xidmət etməyə çalışmışam.
- Azərbaycan müstəqillik qazanandan sonra ölkədəki bütün ictimai-siyasi proseslərin önündə olmusunuz. 60-dan sonra da bu vəziyyət davam edəcəkmi?
- Mən qərarımı 20 yaşında vermişəm. Onda Bakı Dövlət Universitetinin tələbəsi idim. Bizə gənc müəllim, sonradan Azərbaycan Xalq Hərəkatının lideri olan Əbülfəz Elçibəy dərs deyirdi. Əbülfəz Elçibəyin cəsarətli fikirləri bizə də öz təsirini göstərdi. Mən 20 yaşında müəyyənləşdirdiyim xətti 60 yaşında dayandıra bilmərəm. Apardığımız mübarizə öz nəticəsini verdi. Azərbaycanın şimal hissəsi müstəqilliyinə qovuşdu. İndi bizim əsas işimiz torpaqlarımızın işğaldan azad olunması və Cənubi Azərbaycanın problemlərinin həllinə olmaqdır. Bu gün soydaşlarımıza adi bir yürüşü belə həyata keçirməyə imkan verilmir. Onların ana dilində oxumaq, yazmaq kimi problemləri var.
- Deyirsiniz, Əbülfəz Elçibəy müəlliminiz olub?
- Bəli.
- Amma sonra nədənsə müəlliminizlə yollarınızı ayırdınız...
- 1993-cü ilin hadisələrinə qədər bizim baxışlarımızda elə bir fərq yox idi. Biz eyni əqidənin daşıyıcıları idik. 1993-cü ilin hadisələrindən sonra Əbülfəz Elçibəyə hələ də mənə bəlli olmayan səbəblər üzündən Kələkiyə getdi. Mən oğlumu da götürüb Kələkiyə getdim. Bir gün qəbulunda gözləyəndən sonra, 1993-cü ilin sentyabrın 29-da onunla görüşüb, oğlumun iştirakı ilə bir saat söhbət etdim. Oğlumun bu söhbətin şahidi olmasını istədim. Elçibəy mənə öz prinsiplərinin olduğunu, buna görə də Bakıya gəlib Heydər Əliyevin prezidentliyini qəbul edə bilməyəcəyini dedi. Mən də ona dedim ki, biz azadlıq mübarizəsinə sizin prezident olmağınız üçün qoşulmamışıq. Biz Azərbaycanın müstəqilliyi üçün mübarizəyə qoşulmuşuq. Mən ona öz nüfuzunu və sosial dayaqlarını itirdiyini xatırlatdım, ancaq ortaq məxrəcə gələ bilmədik. Belə olanda mən də ona öz prinsipimin olduğunu dedim, beləcə yollarımız ayrıldı. Sonra Heydər Əliyevi Bakıya dəvət edənlərdən biri mən oldum. Hər şey qanuni oldu. Ancaq hələ mən 1980-ci illərin sonlarında Heydər Əliyevi təbliğ edənlərdən biri olmuşdum və buna görə də işsiz qalmışdım. Həmişə Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarı olmuşam. Hələ 1993-cü ilin iyunun 6-dan 7-nə keçən gecə saat 2-də mən və o vaxtkı maliyyə naziri Saleh Məmmədov Əbülfəz Elçibəyin qəbulunda olduq. Bu görüş Milli Məclisdə spikerin otağında baş tutdu. Mən ondan xahiş etdim ki, vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin Bakıya dəvət edilməsidir. Əks təqdirdə Moskva Ayaz Mütəllibovu Bakıya gətirəcək. Saleh Məmmədov da mənim mövqeyimi müdafiə etdi. Əbülfəz Elçibəy “görək” dedi. Mən şərəf hissi keçirirəm ki, zamanında proseslərə düzgün qiymət vermişəm.
- Əbülfəz Elçibəy Bakıya qayıdandan sonra onunla görüşürdünüz?
- Yalnız bəzi tədbirlərdə görüşə bildik.
- Siyasət səmimi peşədir?
- Mən deyərdim ki, o qədər də yox. İnsan çalışır ki, səmimi olsun, ancaq qarşı tərəf siyasətçi olduğu üçün bu alınmır.
- Siz özünüzü nə qədər səmimi siyasətçi sayırsınız?
- Millətimə və dövlətimə qarşı səmimi insanam. Ancaq siyasətdə o qədər səmimi deyiləm.
- Bunun indi dəstəklədiyiniz mövqeyə nə qədər aidiyyatı var?
- Mənim söykəndiyim prinsiplər var. Əgər xaricdən gələn bir diplomatla və yaxud mənim mövqeyimə əks olan bir siyasətçi ilə üz-üzə oturmuşamsa, ona qarşı səmimi ola bilmərəm.
- Siz iqtidaryönlü partiyaya rəhbərlik edirsiniz. Ümumiyyətlə, bu yönlü nə deməkdir? Siyasi partiya ya iqtidarda, ya da müxalifətdə olar...
- Bu kifayət qədər mübahisəli məsələdir. İqtidar və müxalifətyönlü sözünü orfoqrafik lüğətə jurnalistlər gətirib. Ana Vətən Partiyası baxışlar sisteminə görə sağ mərkəzçi partiyadır. Bizim baxışlar sistemi ilə Yeni Azərbaycan Partiyasının baxışlar sistemi eyni olduğuna görə eyni məqsəd uğrunda mübarizə aparırıq.
- Bəs onda niyə birləşmirsiniz?
- Hökmən birləşməliyik? Məncə, buna heç birimizin ehtiyacı yoxdur. Hər partiya ayrı-ayrılıqda fəaliyyət göstərir. Biz Heydər Əliyevin siyasi kursunu müdafiə edirik. İqtidar partiyası ona deyirlər ki, o hakimiyyətdədir. Biz bu kursu müdafiə edirik, amma iqtidarda deyilik.
- Əgər Siz iqtidarda olmayıb hakimiyyətin mövqeyini müdafiə edirsiniz, hökumətin hesabatının lehinə səs verirsinizsə, deməli iqtidarı müdafiə edirsiniz. Amma hakimiyyətdə də deyilsiniz. Buna görə də Sizə iqtidar yox, iqtidaryönlü partiya deyirik də. Burda mətbuatın bir günahı yoxdur ki...
- Bu anlayışlar önəmli deyil. Əsas bizim prinsiplərimizdir. Bu prinsiplər 1990-cı ildən müəyyənləşib. Bu Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik və demokratiyadır. Biz onsuz da iqtidaryönlü adlandırmağımızdan incimirik. İndi bu təməl prinsiplərimizi Heydər Əliyevin kursunda görürüksə, ona qarşı çıxa bilmərik ki...
- Az qala bütün partiyaların nizamnaməsi bir-birini təkrarlayır.
- İlk dəfə bu prinsipləri rəsmi şəkildə nizamnaməyə salan Ana Vətən Partiyası olub. Bu bizim müəlliflik hüququmuzdur. Hamı bu hüququ tanımalıdır. Bu təməl prinsiplərini hamı bizdən götürüb.
- Azərbaycanda vaxtilə aktiv fəaliyyətdə olan partiyaların hamısında passivləşmə gedir. Bu nə ilə bağlıdır?
- 2003-cü ildən sonra İlham Əliyevin həyata keçirdiyi siyasət buna əsas səbəb kimi göstərilə bilər. Bu gün prezidentin həyata keçirdiyi uğurlu siyasət başqa partiyalar üçün yer qoymur. Bütün ölkədə gedən proseslərdə siyasi partiyaların fəallığının azalması dövlət başçısının birbaşa Azərbaycanın milli maraqlarına uyğun həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
- Proporsional sistemin ləğvi bu məsələdə nə dərəcədə rol oynayır?
- Bəli, bunun müəyyən dərəcədə rolu var. Mən də parlament seçkilərində qarışıq sisteminin bərpasının tərəfdarı kimi çıxış etmişəm. Biz çoxpartiyalı sistemin inkişafına çalışmalıyıq.
- Nəyi bu hakimiyyətdə güzəştə getməzsiniz?
- Azərbaycanın milli mənafeyinin və dövlət maraqlarının qurban verilməsini heç bir halda güzəştə gedə bilmərəm. Heç bir halda Azərbaycanın ərazi bütövlüyünün kiminsə tərəfindən güzəştə gedilməsini bağışlaya bilmərəm. Ölkə başçısı dəfələrlə deyib ki, Azərbaycanın ərazi bütövlüyü nəyinki mübahisə, hətta müzakirə obyekti ola bilməz.
- Neçə ildir deputatsınız?
- 10 ildən artıqdır.
- Bəs deyil?
- Hələ qarşıda çox illər var. Özümü tükənmiş hesab etmirəm. Allah bu ömrü harada saxlayacaqsa, dayanmaq da o vaxt olacaq. Siyasət əbədi peşədir. Həkim deyilsən ki, əllərin əsdiyinə görə iynə vura bilməyəsən. Deputatlıq son dərəcə maraqlı peşədir.
- Azərbaycan siyasətçisi xəbərə nə qədər qiymət verir?
- Mənim üçün xəbər çox önəmlidir. Vaxtilə barəmdə yazılan kiçik bir informasiyaya da ciddi reaksiya verirdim. Sonra buna öyrəşdim. Məni buna öyrəşdirən barəmdə yazılan tənqidlər yox, təhqirlər oldu. Bəlkə də Azərbaycan siyasətində ən çox təhqir olunan 10 nəfərdən biri mənəm. Cəmi bir dəfə təhqirə görə “Yeni Azərbaycan” qəzetini məhkəməyə verib udsam da, bu günə qədər mənə ödənməli olan 5 milyon manatı ala bilməmişəm.
- Bir dəfə qəzetlərin biri şəxsi həyatınızla bağlı şəkil də dərc etmişdi...
- Orda qeyri-adi heç nə yox idi. Hamı bilir ki, həmin peşənin sahibləri səndən pul almasa əl çəkmir. Pulu da onun ovcunun içinə qoyanda götürmür. (Söhbət F. Ağamalının bir türk rəqqasəsinə restoranda pul verərkən çəkilmiş şəklinin qəzetdə yayımlanmasından gedir-red)
- Sizinlə bağlı yazılanlara ailənizin münasibəti necə olur?
- Çalışıram ki, barəmdə yazılan təhqirləri evdə oxumasınlar. Bəzi hallarda oğlanlarım buna görə əsəbiləşir. Ümumiyyətlə, övladlarım mənə qarşı həssasdırlar. Çalışıram ki, evə problemlə getməyim.
- Yaşınız emosionallığınıza necə təsir edir?
- İndi əvvəlki illərdən daha emosionalam, ədalətsizliyə dözə bilmirəm.
- Siz həm də o siyasətçilərdənsiniz ki, həyatınızda bir neçə dəfə əlbəyaxa vuruşmalı olmusunuz...
- Bu da həyatdır. Sözün gücü çatmayan yerdə əl işə düşməlidir. Sözün dəyəri düşürsə, onu ucuzlaşdırmağa imkan verməmişəm. İmkan daxilində əlimi yelləyib getmişəm, hisslərimi cilovlaya bilməyəndə isə əlim işə düşüb.
- Hüseyn Abdullayevlə də belə oldu?
- Orada şərəf, ləyaqət məsələsi var idi. Şərəfini qoruya bilməyən insanın həyatda yaşamağa haqqı yoxdur. Mən o addımı atmasaydım, gərək özümü Xəzər dənizinə ataydım. Orda başqa yol yox idi.
- Amma Sizdən əvvəl Mili Məclisdə adamın qadınını təhqir etdilər, cavab vermədi...
- Mən bilmirəm heç bu suala nə cavab verim.
- Bu hərəkətə görə Sizin deputat mandatınızı ala bilərdilər...
- Bu mənim gözümdə deyildi. Şərəf və ləyaqət olan yerdə hər şey ona qurban getməlidir. Orada mənim ölümüm də ola bilərdi. Bəlkə də, o hərəkətimə görə, mənə doğru güllə atılıb, nə vaxtsa da ünvanına çatacaq. Amma başqa yol yox idi.
- Hələ də bu günə qədər cəmiyyətdə həmin hadisənin qabaqcadan planlaşdırıldığı haqda fikirlər səslənir.
- Tamamilə yanlışdır. Çox təsadüfən yaranmış situasiya idi. Hüseyn Abdullayevi sakitləşdirə bilmirdilər. Mən ona ağsaqqal kimi ərkyana yerində oturmağı, qəhrəman kimi danışmamağı məsləhət gördüm. O isə heç kimə məhəl qoymadan başladı söyüş söyməyə və məlum hadisə baş verdi.
- Sonra Hüseyn Abdullayev Sizdən üzr istədi?
- Ümumi şəkildə üzr istədi və baş verən hadisədən peşman olduğunu dedi.
- Və məhkəmədə barışdınız?
- Mən bir çox şeyləri nəzərə aldım. Onun anası mənə müraciət etmişdi.
- Bir də hansısa deputat eyni hərəkətə yol versə, hansı addımı atacaqsınız?
- Kim belə eləsə, ondan betər münasibətə layiqdir. Əslində millət vəkilləri, dövlət məmurları, jurnalistlər xalqın üzdə olan nümayəndələridir. Bizim başqa cür davranmağa haqqımız yoxdur. Bu hadisə təəssüfləndirici idi.
- Sizə niyə töhmət verildi, bircə o başa düşülmədi...
- Mən bunu heç cür başa düşə bilmədim. Sentyabrda bu məsələyə yenidən baxılmasına israr edəcəyəm. Məsələ ilə bağlı Nizam-intizam komissiyasına müraciət etmişəm. Bu barədə spikerlə də danışmışam. Tələb edəcəyəm ki, lazım gəlsə məsələni parlament səviyyəsində müzakirə etsinlər.
- Hüseyn Abdullayev sizin oğlunuz yaşındadır. Bu hadisənin Sizə hansı psixoloji təsiri oldu?
- Doğrudur. Mən düşünmürəm ki, bu ağır psixoloji yükdən nə vaxtsa qurtara biləcəyəm. Bu hadisənin baş verəcəyini düşünmürdüm. Ziyalı üçün bu asan məsələ deyil. Mən elə adamam ki, yanımda söyüş söyüləndə qızarıram. Uşaqlarım otağa daxil olanda köynəyimin yaxasını düymələyirəm. Bu cür dəyələrlə yaşayan bir adamın belə hadisə ilə qarşılaşması olduqca çətindir. Bu heç vaxt unutmayacağım bir hadisədi.
- Villanız var?
- Mən 20 ildir ki, Gənclik metrosunun yanında bir üç otaqlı “xruşşovka” da yaşayıram.
- Azərbaycan müğənnilərindən kimləri dinləyirsiniz?
- Flora Kərimova, Mübariz Tağıyev, Azərin, Röya, Zülfiyyə Xanbabayevanı dinləyirəm. Röyanı radioda dinləməyi daha çox sevirəm. Rəşid Behbudovla, Zeynəb Xanlarovanı və muğam ustalarını dinləməmək mümkün deyil.
- 60 yaşınızda dövlət tərəfindən mükafatlandırılmağınızı gözləyirsiniz?
- Bu barədə fikirləşməmişəm. Mən yaşadığım ömürdən peşman deyiləm.
- 60 yaşınızın tamam olması Sizi qorxutmur ki?
- Yox, mən öləndə də gəlib baxsanız görəcəksiniz ki, üzümdə təbəssüm var. Mən başa düşürəm ki, insan həyatla nə vaxtsa vidalaşmalıdır. Ölüm nə vaxt gəlsə, ona xoşgəldin edəcəm. /APA/

Hadisə
Göygöldə maşın aşıb, xəsarət alanlar var
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib