Bank Of Baku

Gürcüstan-Azərbaycan sərhədində azərbaycanlı öldürlüb - YENİLƏNİB

Gürcüstan-Azərbaycan sərhədində azərbaycanlı öldürlüb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 27 avqust 2007 13:03 (UTC +04:00)
Səhər saat 08:00 radələrində qoyun otararkən E. Səmədova 2 güllə dəyib. Hazırda Gürcüstan Baş Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar. Gürcüstan tərəfi E. Səmədovun Azərbaycan sərhədçiləri tərəfindən vurulduğunu iddia edir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hadisə yerinə baxış keçiriblər. Səfirliyin mətbuat attaşesi Elxan Poluxov APA-nın Gürcüstan bürosuna bildirib ki, mərhumun ailəsinə başsağlığı veriblər, hadisənin araşdırılması səfirliyin diqqət mərkəzində olacaq.
Azərbaycan Dövlət Sərhəd Xidməti isə E. Nəsibovun Azərbaycan sərhədçiləri tərəfindən açılan atəş nəticəsində öldüyü barədə yayılan məlumatı təkzib edib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan sərhədçiləri tərəfindən belə bir hala yol verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR