Bank Of Baku

“AKKORD” şirkətlər qrupuna məxsus qarajda yanğın baş verib, xəsarət alanlar var

“AKKORD” şirkətlər qrupuna məxsus qarajda yanğın baş verib, xəsarət alanlar var
# 27 avqust 2007 15:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da saat 10:45 radələrində Balaxanı qəsəbəsinin ərazisində yerləşən “AKKORD” şirkətlər qrupuna məxsus qarajda, yanacaq çənində qaynaq işləri aparılarkən meydana gələn yanğın partlayışa səbəb olub. Nəticədə Bakı şəhər sakinləri Ramin Cavadov, Ruslan Babayev, Akif Məmmədov, Müslüm Bayramov və Hacıqabul rayon sakini Mehman Əsədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti qənaətbəxşdir. Araşdırma aparılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR