Bank Of Baku

7 yaşlı Reyhanə Məcidovanın meyitinin axtarışı üçün Samur-Abşeron kanalından Siyəzəndə sudurulducu gölə su axını dayandırılıb

7 yaşlı Reyhanə Məcidovanın meyitinin axtarışı üçün Samur-Abşeron kanalından Siyəzəndə sudurulducu gölə su axını dayandırılıb
# 28 avqust 2007 08:16 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hazırda Samur-Abşeron kanalından Siyəzəndəki sudurulducu gölə su axını qismən dayandırılıb. Bu gün həmin göldə intensiv axtarış tədbirləri aparılacaq. Axtarışa Dəvəçi və Siyəzən rayonları polis şöbələrinin şəxsi heyəti cəlb olunub. Siyəzən rayon prokuroru Həsən Hənifəyev, rayon polis şöbəsinin rəhbərliyi hazırda axtarış aparılan ərazidədir. Siyəzən rayon prokuroru H. Hənifəyev APA-nın şimal bürosuna açıqlamasında bildirib ki, axtarış tədbirləri nəticəsiz qalsa, Samur-Abşeron kanalının Ceyranbatan istiqamətində axtarışlar aparılacaq. Siyəzən rayon polis şöbəsinin rəis müavini Xanlar Vahabzadə isə APA-nın əməkdaşına deyib ki, kanalın Xəzər istiqamətinə axtarış briqadası göndərilib. Dağ Bilici kənd sakinlərinin, eləcədə Məcidova bacılarının valideynlərinin axtarış aparılan zonaya gətiriləcəyi bildirilir. Xatırladaq ki, qətlə yetirilən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Nailə və Reyhanə Məcidovaların qətli ilə bağlı saxlanmış Dəvəçinin Qələgah kəndinin sakini Təvəkkül İsmayılov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə araşdırma davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR