Bank Of Baku

3 yol qəzasında 3 nəfər ölüb

3 yol qəzasında 3 nəfər ölüb
# 28 avqust 2007 11:42 (UTC +04:00)
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 27-də saat 21:15 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Astara rayon sakini Hüseyn Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakinləri Vaqif Həsənovu və İbrahim Əli oğlunu vurub. Nəticədə V. Həsənov və İ. Əlioğlu hadisə yerində ölüb. Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Həmin gün saat 11:40 radələrində Sabunçu rayonu ərazisində müəyyən olunmamış avtomaşınla Sabunçu qəsəbə sakini Amid Qədirov vurulub. Nəticədə xəsarət almış A. Qədirov xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ-nin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni Pirşağı qəsəbəsinin sakini Səlim Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla törətdiyi müəyyən edilib. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bu gecə saat 01:30 radələrində isə Şəki şəhərinin 20 Yanvar küçəsində şəhər sakini Vüqar Qasımov idarə etdiyi “Tofaş” markalı avtomaşınla Məzahir Mustafayevi vurub. V. Qasımov hadisə yerindən qaçarkən Füzuli küçəsində avtomaşını maneəyə vurub. Nəticədə xəsarət almış V. Qasımov və M. Mustafayev xəstəxanaya yerləşdirilib. V. Qasımov orada vəfat edib. Faktla bağlı Şəki RPŞ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR