Bank Of Baku

Prokuror Hüseyn Arabulun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror Hüseyn Arabulun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
# 29 avqust 2007 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Abdulla Yusifov çıxış edib. Prokuror məhkəmə heyətindən Hüseyn Arabulun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, Hüseyn Arabul barəsində başqa yerə getməməklə bağlı qərar həbs-qətimkan tədbiri ilə əvəzlənməli və o, məhkəmə zalında həbsə olunmalıdır. Dövlət ittihamçısı məhkəmədən “Barmek”in vitse-prezident olmuş Ömər Günər İsmayılın xəstə olmasını və cinayət işində vasitəçi kimi iştirak etməsi faktının nəzərə alınmasını xahiş edib. A. Yusiofov deyib ki, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi üzrə 5 il sınaq müddəti müəyyən edilməlidir. Bundan başqa dövlət ittihamçısı Vəfa Ağayev və Mahir Novruzovun 6 il, Valeh Zeynalovun 5 il, Çingiz Abdullayev və Əsgər Əsgərzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror M. Novruzovun başqa yerə getməmək şərtilə zaminə buraxılması qərarının həbs-qətimkan tədbiri ilə əvəzlənməsini və həmin şəxsin məhkəmə zalında həbs olunmasını istəyib. Abdulla Yusifov bildirib ki, bu şəxs istintaq müddətində 11 ay həbsdə olub və bu müddət cəzadan çıxarılmalıdır. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədən çıxış üçün iki həftə vaxt istəsələr də, hakim bildirib növbəti məhkəmə prosesini sentyabrın 3-nə təyin edib. Xatırladaq ki, H. Arabul CM-in 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib. “Barmek”in digər əməkdaşları Ömər Günər İsmayıl, Vəfa Ağayev, Mahir Novruzov, Valeh Zeynalov, Çingiz Abdullayev və Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində həbs və digər qətimkan tədbirləri seçilib. H. Arabul və vitse-prezident Ömər Günər İsmayıl hazırda zamindədir. Təqsirləndirilən Çingiz İbadovun barəsində cinayət işi isə ayrıca icraata götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR