Bank Of Baku

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın sakini: “Aldığım ev üçün ödədiyim pulu kimdən alacağımı bilmirəm”

Azərbaycan paytaxtında uçmuş hündür mərtəbəli binanın sakini: “Aldığım ev üçün ödədiyim pulu kimdən alacağımı bilmirəm”
# 29 avqust 2007 11:31 (UTC +04:00)
S. Həsənova 2006-cı ilin yanvarında aldığı 89 kv.m sahəsi olan ev üçün ilkin olaraq 20 min ABŞ dolları, 1 il ərzində isə daha 24 min ABŞ dolları ödədiyini bildirib. Əlində ödədiyi məbləğin çeklərinin olduğunu söyləyən S. Həsənova onunla yalnız alğı-satqı müqaviləsinin bağlandığını qeyd edib. Evinin uçan binanın 5-ci mərtəbəsində olduğunu deyən S. Həsənova anlaşılmaz vəziyyət yarandığını, ödədiyi məbləği kimdən alacağını, evinin uçmasına görə kimdən kompensasiya almalı olduğunu bilmədiyini vurğulayıb. O, üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR