Bank Of Baku

Azərbaycan paytaxtında binanın uçması nəticəsində dağıntılar altında qaldığı güman edilən şəxslərdən daha 3-nün yaxınları qərargaha ərizə ilə müraciət edib

Azərbaycan paytaxtında binanın uçması nəticəsində dağıntılar altında qaldığı güman edilən şəxslərdən daha 3-nün yaxınları qərargaha ərizə ilə müraciət edib
# 30 avqust 2007 15:19 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər prokuroru Əzizi Seyidov məlumat verib. Lakin o, müraciət edənlərin kimin yaxınları olduğunu açıqlamayıb. Bununla da, dağıntılar altında qaldığı güman edilən şəxslərin sayı 12-ə çatıb.
Qeyd edək ki, bir neçə saat əvvəl prokuror dağıntılar altında qaldığı güman edilən 9 şəxsin yaxınlarının qərargaha ərizə ilə müraciət etdi barədə jurnalistlərə açıqlama verərək, həmin şəxslərin adlarını da açıqlamışdı. Bunlar Məmmədov Surəddin Nurəddin oğlu, Hüseynov Rafiq Nemət oğlu, Əsgərov Valeh Telman oğlu, Həsənov Qədir Qərib oğlu, Hüseynov Xalid Ağasə oğlu, Cəfərov Akif Cəfər oğlu, Sadıqov İlham Soltan oğlu, Aslanov Cəmil Şəmil oğlu və Ələkbərov Vüsal Sabir oğludur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR