Bank Of Baku

Bala Kürün üzərində yeni tikilmiş körpünün bir hissəsi dağılıb

Bala Kürün üzərində yeni tikilmiş körpünün bir hissəsi dağılıb
# 17 sentyabr 2007 10:20 (UTC +04:00)
Ələt-Astara yolunun 58-ci kilometrliyində, Salyan rayonu ərazisində Akkuşa (Bala Kür) çayının üzərində yenilənmiş körpünün bir hissəsi bazar günü səhər saatlarında uçub. Bu barədə APA-ya Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, yolun sağ tərəfindəki böyük beton plitələrdən biri dağılıb və körpünün bir hissəsi çaya tökülüb. Təxminən 12 saat müddətində həmin hissədə bərpa işləri aparıldıqdan sonra yolda hərəkəti tam bərpa etmək mümkün olub. Bu müddətdə avtomobillər yolun sol tərəfindən istifadə ediblər. Qeyd edək ki, körpünün tikintisi təxminən 10 gün davam etmişdi və ötən həftənin ortalarında istifadəyə verilmişdi. Körpünü “Azəryolservis” ASC inşa edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR