Bank Of Baku

Hacıqabulda baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb

Hacıqabulda baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb
# 17 sentyabr 2007 10:35 (UTC +04:00)
Onun sözlərinə görə, sentyabrın 16-da saat 12:30 radələrində Bakı-Qazax yolunun 86-cı kilometrliyində Bakı şəhər sakini Vaqif Cəbrayıl oğlu Bayramovun idarə etdiyi “Ford” markalı 10 NC 425 dövlət nömrə nişanlı avtomaşınla Sabirabad rayon sakini Vaqif Əli oğlu Abdullayevin idarə etdiyi “VAZ-2103” markalı avtomobil toqquşub. Nəticədə 1960-cı il təvəllüdlü Vaqif Abdullayev, 1963-cü il təvəllüdlü Məlahət Aydın qızı Abdullayeva və 1959-cu il təvəllüdlü Zakir Maşdan oğlu Əsədov aldıqları xəsarətlərdən dünyalarını dəyişiblər. İki nəfər isə müxtəlif xəsarətlərlə Əli Bayramlı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Hacıqabul RPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR