Bank Of Baku

5 oğurluq faktının üstü açılıb

5 oğurluq faktının üstü açılıb
# 17 sentyabr 2007 11:59 (UTC +04:00)
Astara rayon Polis Şöbəsinin əməkdaşları oğurluq faktının üstünü açıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 10-da Astara rayonunun Şahağacı kənd sakini Əfqanə Abbasovanın evindən 1 ədəd peyk antennası, 1 ədəd mobil telefon və 1 ədəd qol saatı oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinə oğurluğun Şahağacı kənd sakini Ruhan Quliyev tərəfindən törədildiyi müəyyənləşdirilib. R Quliyev həbs edilib, barəsində cinayət işi açılıb.
Sentyabrın 17-də saat 02:00 radələrində 2 naməlum şəxs Bakıxanov qəsəbəsi ərazisində Ağdam rayon sakini Faiq Həsənovun idarə etdiyi “Azsamand” markalı avtomaşına sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildirib. Sabunçu qəsəbəsində onlar F. Həsənovu bıçaqla hədələyərək mobil telefonunu alıblar. Sabunçu RPİ-nin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Şərur rayon sakini Vüsal Novruzov tutulub, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Nəsimi RPİ-nin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cavadxan küçəsində Ağsu rayon sakini İlhamə Əzizovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını almış şəxs yaxalanıb. Bu, Qazax rayon sakini Ayaz Osmanovdur.
Bülbülə qəsəbə sakini Xumar Nəbiyevanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyaları oğurlanıb. Suraxanı RPİ-nin 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş Ağsu rayon sakinləri Nailə Əliyeva, Pərzad Sadıxova və Sevda Əliyeva yaxalanıb.
Sumqayıt şəhəri 18-ci mikrorayonunun ərazisindəki hədiyyələr mağazasından oranın sahibi Vüqar Qəhrəmanova məxsus mobil telefonu oğurlayaraq qaçmış naməlum şəxs müəyyənləşdirilib. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Məmiyev tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR