Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 18 sentyabr 2007 12:02 (UTC +04:00)
Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Paramahmudlu kənd sakini Fərhad Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Vaqif Qədirovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə F. Qəhrəmanov hadisə yerində keçinib, xəsarət almış sərnişini, Mollakənd kənd sakini Naibə İsgəndərova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Goranboy rayonunun Goran qəsəbəsində Tərtər rayon sakini Hakim Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı və Gəncə şəhər sakini Sahib Qarayevin idarə etdiyi “Mersedes” markalı avtomaşınlar toqquşub. Nəticədə H. Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış oğlu Aslan, habelə “Mersedes” markalı avtomaşının sərnişinləri - Bakı şəhər sakinləri Şahbaz Allahverdiyev, onun həyat yoldaşı İradə və oğlu Fərid xəstəxanaya yerləşdirilib. Aslan orada dünyasını dəyişib. Faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır.
Suraxanı rayonu ərazisində - M. Mustafayev küçəsində müəyyən edilməmiş avtomaşınla İsmayıllı rayon sakini Mübariz Məmmədov vurulmuşdur. Nəticədə xəsarət almış M. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR