Bank Of Baku

Polis əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb

Polis əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb
# 18 sentyabr 2007 12:17 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ-nin 24-cü polis bölməsi əməkdaşları Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səbuhi Nəcəfovdan 0,198 qram heroin götürüb. Masallı rayonunun Boradigah kənd sakini Ceyhun Talıbov 0,323 qram heroini könüllü olaraq polisə təhvil verib. Masallı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. Talıbova narkotik vasitəni satmış İsgəndərli kənd sakini Natiq Kişiyev tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR