Bank Of Baku

Azərbaycan paytaxtında uçan binanın sakinləri: “Bina uçmamışdan bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bizə mənzillərin orderini paylayıb”

Azərbaycan paytaxtında uçan binanın sakinləri: “Bina uçmamışdan bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bizə mənzillərin orderini paylayıb”
# 18 sentyabr 2007 13:08 (UTC +04:00)
Onun sözlərinə görə, hələ bina uçmamışdan bir neçə gün əvvəl onlara mənzillərinin orderini paylanılıb: “İndi Bakı meri Hacıbala Abutalıbov hündür mərtəbəli binanın qanunsuz tikildiyini deyir. Amma bu binanın tikilməsinə o sərəncam verib, həmin sərəncam olmasaydı, heç tikinti də aparılmazdı. Bu binanın tikilməsi üçün 1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olub. Bu haqda istintaqı aparan orqanlarda da məlumat olmamış deyil. Əgər bina qanunsuz tikilibsə, uçmamışdan bir neçə gün əvvəl bizə niyə order paylayırdılar. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmovun həbs olunmasının səbəbi də bununla bağlıdır”.
Digər sakin Şəhla Yusifova isə binadakı mənzillərdən 107-nin artıq alındığını söyləyib: “Ordan mənzil alanların arasında vəzifəli şəxslər də var idi. İndi onlar adlarının prosesdə hallanmaması üçün mənzillərindən imtina edib, səslərini çıxarmırlar”.
Sakinlər əllərində olan orderlərin bu mənzillərin onlara məxsusluğunun göstəricisi olduğunu deyərək, mənzillərini və ya ödədikləri pulların qaytarılmasını tələb ediblər. Onlar bu məsələdə yardım göstərməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Qeyd edək ki, bu il avqustun 28-də Bakının Murtuza Muxtarov küçəsində “Mütəfəkkir” MTK tərəfindən inşa edilən 17 mərtəbəli bina uçub. Hadisə nəticəsində 4 nəfər yaralanıb, 25 nəfər ölüb. Faktla bağlı cinayət işi başlanılıb, binanı tikən “Mütəfəkkir” MTK-nın rəhbərliyi və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmov saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR