Bank Of Baku

Barnaulda azərbaycanlıları qətlə yetirən cinayətkar qruplaşmanın üzvləri həbs olunub

Barnaulda azərbaycanlıları qətlə yetirən cinayətkar qruplaşmanın üzvləri həbs olunub
# 19 sentyabr 2007 07:06 (UTC +04:00)
APA-nın məlumatına görə, cinayətkar qruplaşma əsasən Qafqaz millətlərinin nümayəndələrini öldürmək üzrə ixtisaslaşıblar. Altay vilayətində Qafqazdan olan əmək mühacirləri azlıq təşkil etsə də, skinxedlər məhz bu qrup əhalini hədəfə götürüblər. İlkin istintaq zamanı cinayətkarların öz hədəflərini xüsusi olaraq seçmədiyi, gecə vaxtı qarşılarına çıxan ilk qafqazlını qətlə yetirərək aradan çıxdıqları müəyyənləşib. Cinayətkar qruplaşmanın ilk iki qurbanı azərbaycanlılar olub. Daha bir yerli sakin də skinxedlərin hücumuna məruz qalsa da, canını qurtarmağa müvəffəq olub. Hazırda saxlanan şəxslərin başqa cinayətlərdə iştirakı ehtimalı araşdırılır. Dəstənin digər üzvlərinin axtarışı davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR