Bank Of Baku

Şahin Axundovun azadlığa buraxılması barədə məlumatlar təsdiqini tapmayıb

Şahin Axundovun azadlığa buraxılması barədə məlumatlar təsdiqini tapmayıb
# 19 sentyabr 2007 11:42 (UTC +04:00)
İnterpol əməkdaşları tərəfindən Türkiyədə həbs olunaraq Azərbaycana ekstradisiya edilən Şahin Axundovun azadlığa buraxılması barədə məlumatlar təsdiqini tapmayıb. Məhkəmədən APA-ya verilən məlumata görə, cinayət işi üzrə məhkəmə baxışının vaxtı hələ də təyin olunmayıb. Ş. Axundovun vəkli R. Mirmehdizadə də məhkəmədən verilən məlumatı təsdiqləyib. Qeyd edək ki, cinayət işi hakim Faiq Qasımovun icraatındadır. Ş. Axundova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. O, 2005-ci il dekabrın 18-də Türkiyə səfirliyinin yerləşdiyi binanın qarşısında dostu Anar İsmayılovun avtomobilinə atəş açaraq, ona ağır bədən xəsarəti yetirib. Ş. Axundovla bağlı Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə cinayət işi başlanıb və barəsində axtarış elan olunub. O, “İnterpol”un Azərbaycan Milli Mərkəzi Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrında Türkiyədə saxlanılıb və bu il iyunun 5-də Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR