Bank Of Baku

Polis vətəndaşlardan xeyli narkotik maddə aşkar edərək götürüb

Polis vətəndaşlardan xeyli narkotik maddə aşkar edərək götürüb
# 19 sentyabr 2007 12:08 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan xeyli narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Fərəczadədən 0,577 qram heroin, Xətai RPİ-nin əməkdaşları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədovdan 0,193 qram heroin, Sumqayıt ŞPİ-nin əməkdaşları Bakı şəhər sakini Rüstəm Ələkbərovdan 0,087 qram heroin götürüblər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əmirovdan 0,216 qram heroin tapılaraq götürülüb. Narkotik vasitəni ona satmış şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Məlikov isə saxlanılıb. Cəlilabad RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Elsevər Əzimov və Qılıncxan Həsənov narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqları üçün tutulub. Q. Həsənovdan 1,05 qram heroin götürülüb. Xaçmaz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Nəsirovdan 1,454 qram heroin götürülüb. Onun evinə baxış zamanı əlavə 1,227 qram heroin aşkar edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR