Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 19 sentyabr 2007 12:17 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində Bülbülə qəsəbə sakini Zaur Sarıxanov idarə etdiyi “KİA” markalı avtomaşınla Astara rayon sakini Nəriman Səbziyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N. Səbziyev orada dünyasını dəyişib. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində qəsəbə sakini Elman Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini Rəşid Veysəlovu vurub. Nəticədə R. Veysəlov hadisə yerində keçinib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Xanlar rayonunun Mollacəlilli kəndində müəyyən edilməmiş avtomaşınla rayon sakini Nəsib Bayramov vurulub. Nəticədə N. Bayramov hadisə yerində ölüb. Faktla bağlı Xanlar RPŞ-də ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
Zaqatala rayonunun Gözbarax kəndində rayon sakini İlham Qardaşov idarə etdiyi “VAZ-2109” markalı avtomaşınla kənd sakini Əminə Qurbanovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə. Qurbanova orada vəfat edib. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR