Bank Of Baku

Azərbaycanın Tərtər və Lənkəran rayonlarında zəlzələ baş verib

Azərbaycanın Tərtər və Lənkəran rayonlarında zəlzələ baş verib
# 20 sentyabr 2007 08:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, episentrdə yeraltı təkanların gücü 12 ballıq cədvəl üzrə 4,5 bal olub. Zəlzələ Tərtər və Naftalanda 4 bal, Bərdə və Gəncədə 3,5 bal, Şəmkir və Mingəçevirdə 3,0 bal, digər ətraf rayonlarda isə 2 bala qədər hiss olunub. Sentyabrın 19-da yerli vaxtla saat 23.59-da Lənkəran-Lerik sərhədində də zəlzələ qeydə alınıb. Episentrdə yeraltı təkanların gücü 3,5 bal olub. Təkanlar Lənkəran, Lerik, Yardımlı rayonları əhatəsində 3,0 bal gücündə hiss olunub. Yeraltı təkanlar nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR