Bank Of Baku

Hazırda Berlinin “Virchow Klinikası”nda müalicə olunan Azərbaycanın baş prokurorunun ürəyində cərrahiyyə əməliyyatı aparılmayacaq

Hazırda Berlinin “Virchow Klinikası”nda müalicə olunan Azərbaycanın baş prokurorunun ürəyində cərrahiyyə əməliyyatı aparılmayacaq
# 20 sentyabr 2007 10:37 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, əməliyyat Klinikanın Ürək Mərkəzində sentyabrın 18-də keçirilib. Həkimlər əməliyyatın uğurla keçdiyini, pasiyentin özünü yaxşı hiss etdiyini bildiriblər. Ə. Həsənovun müalicəsi hazırda Klinikanın H2 şöbəsində davam etdirilir. Onunla birlikdə həmin Klinikada müalicə olunan baş prokuror Zakir Qaralovun ürəyində isə cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac duyulmayıb. Sentyabrın 17-də “Virchow Klinikası”na yerləşdirilən baş prokuroru müayinə edən həkimlər cərrahi müdaxiləyə ehtiyac olmadığı, problemin müalicə yolu ilə aradan qaldırılmasının mümkünlüyü qənaətinə gəliblər. Əməliyyatın keçirilməyəcəyi barədə yekun qərar verildiyindən Z. Qaralov sentyabrın 18-də Klinikadan çıxıb və hazırda xəstəxananın həyətindəki “Axel Sringer” otelində yaşayır. Baş prokurorun oktyabrın əvvəllərinə qədər bu oteldə qalacağı və müalicəsini davam etdirəcəyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR