Bank Of Baku

Lənkəranda bir ailənin üç üzvü qidadan zəhərlənib

Lənkəranda bir ailənin üç üzvü qidadan zəhərlənib
# 20 sentyabr 2007 11:31 (UTC +04:00)
Sentyabrın 19-da saat 16:50 radələrində Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) yoluxucu xəstəliklər şöbəsinə qida zəhərlənməsi diaqnozu ilə bir ailənin üç üzvü - rayonun Şağlakücə kənd sakini, 1930-cu il təvəllüdlü Xoşqədəm Qadir qızı Əhmədova, onun gəlini, 1982-ci il təvəllüdlü Samirə Şahvələd qızı Rzayeva və qızı, Narbağı kənd sakini, 1952-ci il təvəllüdlü Mixək Mirzə qızı Sadıqova yerləşdirilib. Bu barədə APA-nın cənub bürosuna MRX-nin şöbə müdiri Zəfər Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, xəstəliyə on gün öncə X. Əhmədova tutulub. Onda qusma, ishal və yüksək hərarət müşahidə olunub. Qızı M. Sadıqova və gəlini S. Rzayeva ona qulluq ediblər, nəticədə hər ikisi xəstəliyə yoluxub. Z. Fərzəliyev X. Əhmədovanın qidadan zəhərləndiyini və vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. S. Rzayevanın vəziyyəti qənaətbəxş, M.Sadıqovanın vəziyyəti isə orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR