Bank Of Baku

Yol qəzalarında 3 nəfər həlak olub

Yol qəzalarında 3 nəfər həlak olub
# 20 sentyabr 2007 13:05 (UTC +04:00)
Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azadlıq prospektində Bakı şəhər sakini Mətləb Zamanovun idarə etdiyi “QAZ-31” və Binəqədi qəsəbə sakini Ağa Hacızadənin idarə etdiyi “BMW” markalı avtomaşınlar toqquşub. Nəticədə N. Zamanov hadisə yerində ölüb. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində Bakı şəhər sakini Babaverdi Abdullayevin idarə etdiyi “KamAZ” və Mahir Qədirovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə M. Qədirov hadisə yerində keçinib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Sabunçu qəsəbəsində müəyyən edilməmiş avtomaşınla 35-40 yaşlı kişi vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada vəfat edib. faktla bağlı Sabunçu RPİ-də ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
Ağcabədi rayonunun Hüsünlü kəndində Ağdam rayon sakini Rövşən Əhmədovun idarə etdiyi “QAZ-53” və Ağcabədi rayon sakini İlqar Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış İ. Tağıyev və sərnişinləri - Ağcabədi rayon sakinləri Mehdi Məmmədov və Cahid Cahangirov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR