Bank Of Baku

İngiltərə vətəndaşını qarət etmiş şəxslər tutulub

İngiltərə vətəndaşını qarət etmiş şəxslər tutulub
# 20 sentyabr 2007 13:09 (UTC +04:00)
Əcnəbi vətəndaşı qarət etmiş şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 18-də Səbayel rayonu ərazisində - Neftçilər prospekti, ev 93, mənzil 7-də yaşayan İngiltərə vətəndaşı Nikolas Harell Sepin yaşadığı evdən 100 dollar, 70 avro, 10 funt-sterlinq, 25 manat pul, 1 ədəd mobil telefon və 2 ədəd kompüteri oğurlamış şəxslərin kimliyi müəyyənləşdirilib. Səbayel RPİ-nin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini Sənan Cabbarov və Maştağa qəsəbə sakini Əliyar Quliyev saxlanılıb.
Gəncə şəhərində Şəmkir rayon sakini Adil Heydərova məxsus çanta oğurlanıb. Faktla əlaqədar Gəncə Dəmir Yolu Xətt Polis Şöbəsinə müraciət edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Xanlar rayon sakini Samir Muradov tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR