Bank Of Baku

Narkotik maddə gəzdirən 2 nəfər həbs edilib

Narkotik maddə gəzdirən 2 nəfər həbs edilib
# 20 sentyabr 2007 13:19 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları narkomaniya və narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai RPİ-nin əməkdaşları Bakı şəhər sakini Hüseyn Əsədovdan 0,229 qram heroin, Goranboy RPŞ-nin əməkdaşları Qızılhacılı qəsəbə sakini Elman Nəzərovdan 55 qram marixuana götürüblər. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər sakini Vidadi Bağırovdan 0,186 qram, Salyan şəhər sakini Ağalar Ağayevdən 0,025 qram heroin götürülüb. V. Bağırov və A. Ağayev saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR