Bank Of Baku

Tərtərdə baş verən zəlzələdən 715 ev zərər çəkib

Tərtərdə baş verən zəlzələdən 715 ev zərər çəkib
# 20 sentyabr 2007 13:53 (UTC +04:00)
Tərtər rayonunda dünən baş verən zəlzələ nəticəsində 10 ev tam yararsız hala düşüb. Tərtər Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumatına görə, zəlzələdən 715 ev zərər çəkib. Rayon mərkəzində köhnə bəy evi olan və hazırda musiqi məktəbi kimi istifadə olunan binanın divarında böyük çat əmələ gəlib. Bina artıq istismara yararsız sayılır. Borsunlu kəndində isə tibb məntəqəsinin binası uçub. Bəyimsarov kəndində də 50 ev qəza vəziyyətinə düşüb.
Qeyd edək ki, bu evlər Qərbi Azərbaycandan olan qaçqınlar üçün 1990-1991-ci illərdə tikilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR