Bank Of Baku

Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri 4 il müddətinə azadlıqdan məhrum edilib

Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri 4 il müddətinə azadlıqdan məhrum edilib
# 20 sentyabr 2007 14:38 (UTC +04:00)
Bu barədə APA-ya Qərbi Azərbaycana Qayıdış Birliyinin sədr müavini Yalçın Qəhrəmanoğlu bildirib. Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi müdafiə tərəfinin, hətta R. Talıbovun vəkilinin iştirakı olmadan, təyin olunan vaxtdan əvvəl başlanıb və çıxarılan qərar barədə onlara sonradan məlumat verilib. Rizvan Talıbovun vəkili Müşfiq Şirinov APA-ya açıqlamasında bildirib ki, müdafiə tərəfi hökmdən apelyasiya şikayəti verəcək.
Qeyd edək ki, dünənki prosesdə dövlət ittihamçısı məhkəmədən R. Talıbovun 4 il müddətinə həbs cəzasına məhkum edilməsini xahiş edib.
Xatırladaq ki, R. Talıbovun barəsində aprelin 19-da Bakı-Sumqayıt marşrutunda Şərifov İlham adlı şəxsə qarşı xuliqanlıq etdiyini əsas gətirərək, Sumqayıt Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR