Bank Of Baku

Amerikalı kinoulduz Corc Kluni avtoqəzaya düşüb

Amerikalı kinoulduz Corc Kluni avtoqəzaya düşüb
# 22 sentyabr 2007 11:17 (UTC +04:00)
Amerikalı kinoaktyor Corc Kluni idarə etdiyi motosikletdə rəfiqəsi Sara Larsonla avtomobil qəzasına düşüb. Hadisə nəticəsində Kluninin qabırğası, Larsonun isə ayağı sınıb. APA-nın məlumatına görə, bunu aktyorun mətbuat katibi Sen Rozenfeld açıqlayıb.
Hadisə ötən gün ABŞ-ın Nyu-Cersi şəhərində baş verib. Belə ki, qarşıdan gələn avtomobil sol dönmə işığını yandırsa da, sonradan sağa dönüb və Kluninin motosikleti ilə toqquşub. Zərərçəkmişlər dərhal xəstəxanaya çatdırılıb və bir neçə saat sonra onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR