Bank Of Baku

Bakıda iki yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər yaralanıb

Bakıda iki yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər yaralanıb
# 22 sentyabr 2007 12:47 (UTC +04:00)
Bakının Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Elməddin Qarazadənin idarə etdiyi “Mercedes” markalı və Sumqayıt şəhər sakini Ramil Novruzovun idarə etdiyi “Nissan” markalı avtomaşınlar toqquşub. Nəticədə, xəsarət almış hər iki sürücü və “Nissan”ın sərnişini, R.Novruzovun həmyerlisi Fuad Məmmədov xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Daha bir qəza Maştağa-Buzovna avtomobil yolunda olub. Sumqayıt şəhər sakini Nəsimi Yusifov idarə etdiyi “Ford” markalı maşınla Bakı şəhər sakini Ruslan Abdullayevi vurub. Nəticədə, R.Abdullayev hadisə yerində keçinib. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR