Bank Of Baku

Binəqədi rayonu ərazisində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Binəqədi rayonu ərazisində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
# 24 sentyabr 2007 08:21 (UTC +04:00)
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saat 00.20 radələrində Binəqədi şossesində Rüfət Bağırlı idarə etdiyi “Ford-Mondeo” markalı, 10 UE 685 dövlət nömrə nişanlı avtomobili arxadan Sərdar Yusifovun idarə etdiyi “KamAZ” markalı, 10 JR 237 dövlət nömrə nişanlı betonqarışdıran maşına vurub. Nəticədə “Ford-Mondeo”nun sürücüsü və maşında olan iki sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin başvermə səbəbləri araşdırılır. Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində də iş aparılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR