Bank Of Baku

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Aviasiyada Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Aviasiyada Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub
# 24 sentyabr 2007 12:04 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Konserninin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. M. Səfərlinin sözlərinə görə, konsernin baş direktorunun ötən həftə imzaladığı əmrlə bu vəzifəyə Fəxrəddin Qazıbəyov təyin edilib. F. Qazıbəyov buna qədər konsernin Türkiyə təmsilçisi olub.
Qeyd edək ki, Aviasiya Təhlükəsizliyi Xidmətinin rəisi Emil Süleymanov bir müddət əvvəl həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. E. Süleymanovla birlikdə daha neçə şəxs həbs olunub. Onunla birlikdə həbs olunan AzAL-ın Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşı Tamerlan Mikayılova qarşı da Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə ittiham irəli sürülüb. AzAL-ın Aviasiya Təhlükəsizliyi Xidmətinin mühəndisi Tahir Əsədzadə və Xidmətin digər əməkdaşı Rafət Əliyev də həbs olunanlar sırasındadır. İlk olaraq, T. Mikayılov bu il avqustun 1-də saxlanılıb. Ondan sonra isə digərləri həbs edilib. Onların hamısı MTN-in istintaqın təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR