Bank Of Baku

Azərbaycan paytaxtında içində 150 min dollar olan “Mercedes” oğurlanıb

Azərbaycan paytaxtında içində 150 min dollar olan “Mercedes” oğurlanıb
# 27 sentyabr 2007 16:51 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 26-da saat 12:00 radələrində Nizami rayonundakı Q. Qarayev küçəsində 2 naməlum şəxs həmin küçədə yaşayan, Binə Ticarət Mərkəzindəki “Ekspres” valyuta-dəyişmə məntəqəsində işləyən Ramazan Qurbanovu pnevmatik tapança ilə hədələyərək havaya 2 dəfə atəş açıb və içərisində 150000 dollar pul olan “Mersedes” markalı avtomaşını ondan alıb. Nizami RPİ-nin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 13:30 radələrində K. Balakişiyev küçəsində tapılıb. Faktla bağlı Nizami RPİ-də ilkin əməliyyat-axtarış tədbirləri aparılır.
Gəncənin Nizami RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Anar Fərzəliyevə məxsus “Mersedes” markalı avtomaşını qaçırmış həmyerlisi, əvvəllər məhkum olunmuş Anar Qurbanov yaxalanıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR