Bank Of Baku

3 yaşlı uşaq avtomaşında yanıb

3 yaşlı uşaq avtomaşında yanıb
# 27 sentyabr 2007 16:53 (UTC +04:00)
Xızı rayonunun Sitalçay kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xızı rayonunun Sitalçay kəndində Ağdam rayon sakini Yaşar Qasımovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini Valeh Qurbanovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə “Mercedes”in sərnişini, Dəvəçi rayon sakini Mirkamil Hüseynov hadisə yerində ölüb, xəsarət almış sürücünün özü və digər sərnişini Mübariz Xanbabayev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.
Nəsimi rayonu ərazisində - H. Seyidzadə küçəsində müəyyən olunmamış avtomaşınla Bakı şəhər sakini Tofiq Rzayev vurulub. Nəticədə xəsarət almış T. Rzayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Göyçay rayonunda isə Sabunçu qəsəbəsinin Şəhər şosesində yaşayan 3 yaşlı Ayxan Quliyev Göyçay rayon sakini, dayısı Oruc İbrahimova məxsus “VAZ-21011” markalı avtomaşında oynayarkən yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış Ayxan isə dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR