Bank Of Baku

Şəki Hava Limanının ərazisində 609 kiloqram çətənə aşkarlanıb

Şəki Hava Limanının ərazisində 609 kiloqram çətənə aşkarlanıb
# 28 sentyabr 2007 11:54 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələr aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Şəki Hava Limanının ərazisində 132 hektar sahədən yabanı halda bitmiş, çəkisi 609 kiloqram olan 2820 ədəd, Gədəbəy RPŞ-nin əməkdaşları Düz Rəsullu kəndinin ərazisində 0,1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 870 kiloqram olan 1290 ədəd çətənə kollarını yığaraq məhv ediblər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ-nin əməkdaşları Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Kərimovdan 378,4 qram marixuana, Nəsimi RPİ-nin 19-cu polis bölməsi əməkdaşları Bakı şəhər sakini Elçin Məmmədovdan 0,217 qram heroin götürüblər. DİN Baş Mühafizə İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdiyri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Məmişovdan 3,437 kiloqram marixuana götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR